RU

İspaniya millisi Yamalın zədəsini görməzdən gəldi

BAKI, 13 sentyabr. TELEQRAF

“Barselona”nın vingeri Lamin Yamal İspaniya çempionatının IV turunda “Valensiya” ilə oyunda iştirak edə bilməyəcək.

Teleqraf xəbər verir ki, bu barədə Katoloniya təmsilçisinin baş məşqçisi Hans-Diter Flik açıqlama verib.

18 yaşlı futbolçu İspaniya yığmasının düşərgəsində belindən aldığı zədəyə görə şənbə günü komanda ilə məşqi buraxıb. Flik zədəli halda 18 yaşlı vingerin yığmanən rəsmi matçlarında meydana buraxılmasını onun sağlamlığını riskə atılması kimi dəyərləndirib.

Xatırladaq ki, İspaniya yığması sentyabrın 4-də Bolqarıstana (3:0),sentyabrın 7-də isə Türkiyəyə (6:0) qalib gəlib. Yamal bu oyunlarda ümumilikdə 3 qol ötürməsi ilə yadda qalıb. “Barselona” — “Valensiya” oyunu sentyabrın 14-də keçiriləcək.

Избранный
17
teleqraf.com

1Источники