RU

Tramp Rusiyaya qarşı ciddi sanksiyalar tətbiq etməyə hazır olduğunu bəyan etdi

ABŞ Prezidenti Donald Tramp Rusiyaya qarşı ciddi sanksiyalar tətbiq etməyə hazır olduğunu bəyan edib, lakin bunun üçün bütün NATO ölkələrinin razılığı və Rusiyadan neft alışını dayandırması şərtini irəli sürüb.

Bizim.Media xəbər verir ki, bu barədə Tramp Truth Social platformasındakı paylaşımında yazıb:

“Mən Rusiyaya qarşı ciddi sanksiyalar tətbiq etməyə hazıram, lakin yalnız o halda ki, bütün NATO ölkələri razılaşsın və eyni addımı atsın, həmçinin hamı Rusiyadan neft almağı dayandırsın”.

Daha əvvəl Tramp Rusiyaya qarşı mümkün sanksiyaların neft və bank sektorlarını əhatə edəcəyini bildirmişdi.

Bununla yanaşı, ABŞ-ın Ticarət naziri Govard Latnik Hindistana çağırış edərək, Vaşinqtonla gərginliyi azaltmaq üçün Rusiyadan neft alımını dayandırmağı tövsiyə edib.

Bizim.Media

Избранный
19
1
bizim.media

2Источники