RU

MİQ imtahanını da Dövlət İmtahan Mərkəzi keçirəcək?

Milli Məclisdə müəllimlərin işə qəbulu (MİQ) imthanlarının ödənişli olacağı barədə qanun layihəsi müzakirə edilir. Hələlik ödənişin məbləği açıqlanmayıb, amma 40-50 manat arasında olacağı ehtimal edilir. İmtahanda ilk dəfə iştirak edənlər və müəyyən kateqoriyaya məxsus şəxslər ödənişdən azad ediləcək.

MİQ-də ödənişin tətbiqi bu imtahanın da Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçiriləcəyi fikrini yaradır. Qeyd edək ki, publik hüquqi şəxs olan DİM qəbul imtahanları ilə yanaşı sifarişlə digər dövlət qurumlarının da müfaviq imtahanlarını həyata keçirir. Hələlik bu barədə qərar qəbul edilməsə də, ekspertlər bu qərarın hansı nəticələrə gətirib çıxaracağını müzakirə edirlər.

Məsələ ilə bağlı Modern.az-a açıqlama verən təhsil eksperti Ramin Nurəliyev bildirib ki, imtahanların bundan sonra DİM tərəfindən keçirilməsi müsbət hal ola bilər.

"Elm və Təhsil Nazirliyinin göstərdiyi bütün xidmətlər dövlət tərəfindən qarşılanır və tam ödənişsiz həyata keçirilir. Əgər MİQ imtahanlarının ödənişli olması arzulanırsa, bu imtahanların Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilməyi daha doğru olardı. Xüsusi ilə də Müəllimlərin İşə Qəbulu imtahanında hansısa ödəniş tələb olunacaqsa və Elm və Təhsil Nazirliyinə dövlət tərəfindən ayrılan xərcləri buna imkan vermirsə, məsələ Milli Məclisə təqdim olunursa və bu istənilirsə imtahanın Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilməyi daha doğru olar. Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxs olduğu üçün onun maliyələşməsi özündən aslıdır və onların bu imtahanı keçirməyi heç bir problem yaratmaz”. 

Ekspert qeyd edir ki, DİM tərəfindən imtahanların keçirilməyi Nazirliyin də yükünün azaldacaq:

“Baxırıq ki, müxtəlif qurumların imtahanları DİM tərədindən keçirilir, məsələn Vəkillər Kollegiyasına üzv olmaq,  peşəkar mühasib sertifikatı və sair səbəblər üçün imtahanları bu qurum həyata keçirir”.

R. Nurəliyevin fikrincə MİQ imtahnında müsahibə mərhələsinin Elm və Təhsil Nazirliyi tərəfindən keçirilməsi şərti ilə imtahanın prosesini– sualların hazırlanması, tərtib olunması, keçirilməsi və nəticələrin elan olunması Dövlət İmtahan Mərkəzinin öhdəliyində olması daha yaxşı olar.

“MİQ imtahanı ödənişli olmasının imtahana müraciət edənlərin böyük qisminin imtahanda iştirakdan son anda imtina etməsinin və bura çəkilən əlavə xərclərin qarşısını alacaq. Eyni zamanda imtahan xərcləri müəllimlərin ödədiyi vəsait hesabına qarşılanacaq”- deyə sonda o bildirib.  

Избранный
18
3
modern.az

4Источники