RU

Böyürtkən yığarkən ehtiyatsızlıqdan güllə yarası aldı - FOTOLAR

Salyanda 63 yaşlı kişi güllə yarası alıb.

Musavat.com-un “Qafqazinfo”ya istinadla xəbərinə görə, hadisə rayonun Seyidsadıqlı kəndi ərzisində baş verib.

Belə ki, 1963-cü il təvəllüdlü kənd sakini İsgəndər Tağıyev kənd ərazisindəki sahədə böyürtkən yığırmış. Bu zaman naməlum istiqamətdən açılan güllənin qırmaları onun gözünə və bədənin bir neçə nahiyəsinə dəyib.

O, kənd sakinlərinin köməyi ilə rayon xəstəxanasına çatdırılıb. Xəstəxanada dərhal yaralıya cərrahi müdaxilə olunub, həyati təhlükəsi yoxdur.

Qeyd edək ki, kənd sakinlərinin sözlərinə görə, İsgəndər Tağıyev heç kimlə mübahisəsi olmayan zəhmətkeş şəxsdir.

Faktla bağlı Salyan RPŞ-də araşdırma aparılır. 


Избранный
26
1
musavat.com

2Источники