Azərbaycanın çimərlik futbolu millisi Avropa çempionatının final mərhələsində növbəti oyununa çıxıb.
Fanat.Az xəbər verir ki, B Liqasında mübarizə aparan yığma yarımfinalda Rumıniya ilə qarşılaşıb.
Qarşılaşma rəqibin 5:3 hesablı qələbəsi ilə yekunlaşıb. Azərbaycan millisi sentyabrın 14-də 3-cü yer uğrunda Qazaxıstan seçməsi ilə qarşılaşacaq.
Qeyd edək ki, komanda daha əvvəl A qrupunda Belçikanı (5:4) məğlub edib, Litvaya (1:2) uduzub.