RU

Yeniyetmənin öldüyü qəzada maşını azyaşlı idarə edirmiş... Fotolar

Qafqazinfo portalından alınan məlumata görə, ain.az xəbər verir.

Xəbər verdiyimiz kimi, ötən gün Ağdamda baş verən qəzada yeniyetmə ölüb.

Baş Dövlət Yol Polisi İdarəsindən “Qafqazinfo”ya verilən məlumata görə, sözügedən qəzada sükan arxasında olan şəxs də azyaşlı olubmuş. 

“Ötən gün Ağdam rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində azyaşlının idarə etdiyi avtomobilin aşması və həmyaşıdının həlak olması hadisəsi dərin təəssüf doğurur. Bu faciə bir daha göstərir ki, yetkinlik yaşına çatmamış şəxslərin sükan arxasına keçməsi yolverilməzdir və ağır nəticələrə gətirib çıxarır.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha vurğulayır ki, nəqliyyat vasitəsini yalnız qanunla müəyyən olunmuş yaş həddinə çatmış və sürücülük hüququna malik şəxslər idarə edə bilər. Bu qaydanın pozulması insan həyatı üçün ciddi təhlükə olmaqla yanaşı, qanuni məsuliyyət də doğurur”, - deyə rəsmi açıqlamada bildirilib.

Qeyd edilib ki, bəzi hallarda valideynlər və böyüklər məsuliyyətsizlik nümayiş etdirərək, azyaşlı övladlarının və ya ailə üzvlərindən birinin sürücülük vəsiqəsi olmadan avtomobili idarə etməsinə şərait yaradırlar: “Bu isə qanunla tam qadağan olunmaqla yanaşı, son dərəcə təhlükəli və məsuliyyətsiz bir addımdır. Belə halların nəticəsi yalnız sükan arxasında əyləşmiş azyaşlı üçün deyil, həm də digər sürücülər, sərnişinlər və piyadalar üçün faciəvi ola bilər”.

Xatırladaq ki, qəza zamanı 2011-ci il təvəllüdlü yeniyetmə həyatını itirib. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
30
10
qafqazinfo.az

10Источники