RU

Bu 5 tarixdə doğulan insanlar manipulyatorlardır

Lent az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Numeroloqlar hesab edirlər ki, insanın doğum tarixi onun xarakterinə, davranışına, meyllərinə və başqaları ilə münasibətlərinə təsir göstərə bilər.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, bəzi tarixlərdə doğulanlar psixoloji oyunlara və manipulyasiyaya daha çox meyilli olur.

Ayın 3-də doğulanlar

3 rəqəmi ünsiyyətcillik, yaradıcılıq və dostcanlılıqla əlaqələndirilir. Bu gündə doğulan insanlar adətən cəlbedici və inandırıcı olurlar. Onlar ünsiyyəti sevsələr də, öz intellekt və cazibələrindən istifadə edərək söhbətləri öz xeyirlərinə yönləndirməyə meyilli ola bilərlər.

Ayın 7-də doğulanlar

7 rəqəmi mənəviyyat və tənqidi düşüncə ilə assosiasiya olunur. Numeroloqlar deyirlər ki, bu tarixdə doğulanlar dərin düşüncəli şəxslər olur, amma bəzən başqalarını manipulyasiya etməyə də meyl göstərə bilirlər.

Ayın 2-də doğulanlar

2 rəqəmi diplomatiya, intuisiya və həssaslıq simvoludur. Bu tarixdə doğulanlar harmoniyanı sevir və münasibətlərdə tarazlıq axtarırlar. Lakin inkişaf etmiş intuisiya sayəsində onlar vəziyyətləri öz xeyirlərinə dəyişməyə və emosional münasibətləri idarə etməyə çalışa bilərlər.

"Onlar tez-tez sevgi və emosional sabitlik axtarır, bəzən isə başqalarının sadiqliyini yoxlamaq üçün psixoloji oyunlara əl atırlar," – deyə materialda bildirilir.

Ayın 5-də doğulanlar

Bu gündə doğulan insanlar təbiətən maraqlı və cəsur olurlar. 5 rəqəmi elastiklik və müstəqilliyi simvolizə edir. Bəzən bu insanlar öz elastikliklərindən istifadə edərək müxtəlif vəziyyətlərdə davranışlarını dəyişir və psixoloji fəndlərdən nəzarət mexanizmi kimi yararlanırlar.

Ayın 9-da doğulanlar

9-da doğulan insanlar adətən idealist, mehriban və həssas olurlar. 9 rəqəmi mərhəmət və fədakarlığın rəmzidir.

"Amma bəzən onlar başqalarının niyyətlərinin səmimiliyini sınamaq və ya hadisələri öz məqsədlərinə uyğun istiqamətləndirmək üçün psixoloji oyunlardan istifadə edirlər," – deyə müəlliflər əlavə edirlər.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
40
3
lent.az

4Источники