RU

Şəhid polkovnik-leytenant Həmdəm Ağayevin xatirəsi anılıb (VİDEO)

Bakı. Trend:

Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan şəhidpolkovnik-leytenant Ağayev Həmdəm Mayıl oğlunun xatirəsinə həsrolunmuş anım tədbiri keçirilib.

Müdafiə Nazirliyindən Trend-ə bildirilib ki, Həzi Aslanov adına Orduİdeoloji və Mədəniyyət Mərkəzində keçirilən tədbirdə MüdafiəNazirliyinin əməkdaşları, ictimaiyyət nümayəndələri, şəhidin ailəüzvləri, yaxınları və döyüş yoldaşları iştirak ediblər.

Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, eləcə dəAzərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrundaşəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Anım mərasimində çıxış edənlər şəhidimizin döyüşlərdə göstərdiyiqəhrəmanlıq və şücaətlərindən söz açaraq şərəfli həyat yoluhaqqında danışıblar.

Şəhidin ailə üzvləri və yaxınları onlara göstərilən diqqət vəqayğıya, eləcə də şəhidlərimizin xatirəsinin daim uca tutulduğunagörə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin AliBaş Komandanı İlham Əliyev və Birinci vitse-prezident MehribanƏliyevaya, həmçinin Müdafiə Nazirliyinin rəhbərliyinəminnətdarlıqlarını bildiriblər.

Избранный
12
4
az.trend.az

5Источники