Konkret.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Mərhum Əməkdar artist Aygün Bəylərin bacısı Zümrüd Hümbətova yeni açıqlamaları ilə gündəmə gəlib.
KONKRET.az yenisabah.az-a istinadla xəbər verir ki, o, bu barədə “Tarixin bir günü” verilişində danışıb.
Zümrüd Hümbətova bildirib ki, mərhum sənətkarın qızı Cananı bibisi ilə də görüşməyə qoymurlar:
“Hər dəfə söz verirəm ki, bu barədə danışmayacam, çünki məni hədələyirlər. Bibisi Cananla görüşmək istəyir, amma xalası icazə vermir. Deyirlər ki, 15 ildir hardasınız? Halbuki bibi hər il gəlib uşağı görürdü. Onlar Almaniyada yaşayırlar və ildə bir dəfə gəlirlər. Aygün üçün yas da verdilər, amma mən getmədim. Mənə dedilər ki, gəlmə. Mən də istəmədim biyabırçılıq olsun. Baş verən hadisələrdən heç kimin xəbəri yoxdur”.
Qeyd edək ki, Aygün Bəylərin qızı Cananı hazırda xalası Zümrüd Hümbətova ilə də görüşməyə qoymurlar.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.