RU

Danilo Dias: “Qarabağ” Portuqaliyada tribunaları susdurmalıdır” MÜSAHİBƏ

ain.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.

“Qarabağ”ın sabiq futbolçusu, uzun illər Portuqaliyada çıxış etmiş Danilo Diasın Futbolinfo.az saytına müsahibəsi

– “Qarabağ”ın Çempionlar Liqasının Liqa mərhələsinin ilk turunda “Benfika” ilə keçirəcəyi oyun barədə nə düşünürsünüz? Komandanın bu görüşdə xal almaq şansı varmı?

– Məncə, “Qarabağ” “Benfika”ya hörmətlə yanaşmalıdır, amma eyni zamanda topa nəzarəti “Benfika”nın zonasında ələ almalıdır. Həmçinin tribunaları da susdurmalıdır.

– “Qarabağ” Çempionlar Liqası oyunları üçün hücumçu transfer etmədi. Sizcə, bu, onlar üçün problem ola bilərmi?

– Komandada yaxşı futbolçular var. Amma bir-iki oyunçu gətirmək də vacibdir. Çünki ÇL-də oyunların səviyyəsi çox yüksək olacaq.

– Hamı düşünür ki, “Qarabağ”ın rəqibləri bu oyunların hamısında favoritdir. Siz də bu fikirlə razısınız, yoxsa “Qarabağ”dan sürpriz gözləyirsiniz?

– “Qarabağ” bizə yaxşı oyunlar və maraqlı futbol göstərəcək. Mən yaxşı oyunlar gözləyirəm və “Qarabağ” bu qrupda qalib də gələ bilər.

– “Qarabağ”ın əvvəlki oyunlarını izləmisinizmi? Onların təsnifat mərhələsindəki çıxışları barədə fikriniz necədir?

– “Qarabağ” həmin oyunların hamısında çox yaxşı oynadı. Xüsusilə də Macarıstanda “Ferentsvaroş”a qarşı pley-off mərhələsində keçirilən səfər oyununda çox yaxşı təsir bağışladılar. Mən onların təşkilatçılığını, konsentrasiyasını və oyundakı keyfiyyətini çox bəyəndim. Həqiqətən də super idi.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
13
1
icma.az

2Источники