RU

Boksçularımız 2 medal qazandı

ain.az, Footbal-plus portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Boksçularımız İngiltərənin Liverpul şəhərində keçirilən dünya çempionatında 2 medal qazanıblar."Football-plus.az" xəbər verir ki, millinin heyətində Səidcəmşid Cəfərov (75 kq) və Alfonso Dominqes (90 kq) mundialı 3-cü pillədə başa vurublar.Cəfərov (75 kq) dünya çempionatının yarımfinalında özbəkistanlı Fazliddin Erkinboyevlə qarşılaşıb və rəqib mərhələ adladığından boksçumuz bürünc medala sahib olub.Alfonso Dominqes (90 kq) isə yarımfinalda braziliyalı Santos Ribeyro Filyo ilə üz-üzə gəlib. Rəqib finala vəsiqə qazandığı üçün dünya çempionumuz 3-cü yeri tutub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
22
19
icma.az

10Источники