RU

Bolqarıstandan geri çağırılan səfir Hüseynovun katibəsindən qeyri-qanuni uşağı var - İDDİA

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Azərbaycanın Bolqarıstandakı səfiri vəzifəsindən geri çağırılan Hüseyn Hüseynovun qeyri-qanuni qızının olduğu iddia edilir.
Bu barədə Oxu.Az-a onun katibəsi Mariya Boteva məlumat verib.
Qadın iddia edir ki, H.Hüseynov onu aldadıb və hazırda aliment vermək istəmir, hədə-qorxu gəlir.
"O məni aldadıb. Əvvəl inandırıb ki, boşanıb, məsuliyyəti üzərinə götürüb, sonra isə qorxutmağa başlayıb. Noyabrın 21-də Bolqarıstan məhkəməsi işə baxacaq. Bizim bir övladımız var. Atalığı təsdiq edən sənədi də sizə təqdim edirəm", - deyə M.Boteva bildirib.
Qeyd edək ki, Hüseyn Hüseynov Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayevanın əridir.
Həmçinin onun səfir vəzifəsindən geri çağırılması da məhz qeyri-qanuni övladı olması ilə əlaqələndirilir.
Aytac Qasımova
Избранный
30
29
oxu.az

10Источники