RU

Əfsanəvi futbolçu Frans Bekkenbauerin “Alyans Arena”da abidəsi ucaldılıb

ain.az, Yeniazerbaycan portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Futbol üzrə Almaniya millisinin və “Bavariya” klubunun əfsanəvi futbolçusu Frans Bekkenbauerin Münxendəki “Alyans Arena”nın qarşısında abidəsi ucaldılıb.

AZƏRTAC “Bavariya” klubunun saytına istinadla xəbər verir ki, abidənin açılışında Almaniya futbolunun tanınmış nümayəndələri, onun ailə üzvləri iştirak ediblər.

“Bavariya” klubunun prezidenti Herbert Hainer mərasimdə çıxışında bildirib: “Bu abidə “Bavariya”nın DNT-sinin bir hissəsidir və bürüncdə əbədiləşib. Həyat da, futbol da müvəqqətidir, amma əfsanələr əbədidir”.

“İmperator”un bürüncdən hazırlanan heykəli stadionun girişində, Almaniyanın ən yaxşı hücumçularından sayılan Gerd Müllerin abidəsinin bir neçə metrliyində ucaldılıb.

Qeyd edək ki, F.Bekkenbauer 2024-cü il yanvarın 7-də 78 yaşında dünyasını dəyişib. O, “Bavariya” klubunda futbolçu, sonralar isə uzun illər klub prezidenti də daxil olmaqla müxtəlif vəzifələrdə çalışıb. F.Bekkenbauer həm futbolçu, həm də baş məşqçi kimi dünya çempionu adını qazanıb. O, həmçinin 2006-cı ildə Almaniyada keçirilən dünya çempionatının Təşkilat Komitəsinin prezidenti olub.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
30
2
yeniazerbaycan.com

4Источники