İranda zəlzələ baş verib.
Bizim.Media xəbər veirr ki, bu barədə ISNA məlumat yayıb.
Bildirilib ki, bu gün yerli vaxtla saat 16:07-də Fars əyalətinin Xeşt şəhəri yaxınlığında 4,7 bal gücündə zəlzələ baş verib.
Yeraltı təkanların ocağı 6 km dərinlikdə qeydə alınıb.
Hazırda hadisə nəticəsində dağıntıların və ya insan itkisinin olub-olmaması bəlli deyil.
Bizim.Media