RU

Ermənistan Zəngəzurda sərhədin delimitasiyasını davam etdirməyə razılaşıb

"Qraparak": Bakı və Yerevan arasında növbəti danışıqlarda delimitasiya prosesinin Zəngəzurda davam etdirilməsi razılaşdırılıb...

Poliqon xəbər verir ki, Ermənistanın "Qraparak" qəzeti iki ölkənin Baş nazir müavinləri arasında sərhəddə keçirilən son danışıqların bəzi təfərrüatlarını öyrənib. Qəzet görüş iştirakçılarına istinadən yazır ki, Bakı danışıqlarda sərhədin delimitasiyasını cənubda - İranla sərhəddə davam etdirməyi təklif edib. Daha əvvəl isə Ermənistan tərəfi işlərin şimaldan - Ermənistanın Tavuş və Azərbaycanın Tovuz rayonları istiqamətindən aparılmasını təklif etmişdi.

Jurnalistlər bu dəyişikliyi "Zəngəzur dəhlizi"nin işə salınması ilə əlaqələndirərək, Ermənistan tərəfinin Azərbaycanın bu təklifini qəbul etdiyini yazırlar.

Qəzet onu da qeyd edir ki, Azərbaycan tərəfi Ermənistanın "Vorotan-Şurnux yolunun geri qaytarılması" ilə bağlı təklifini rədd edib. Buna səbəb kimi isə erməni tərəfinin bu yolun artıq alternativini inşa etməsi göstərilib.

Poliqon.info

Избранный
68
poliqon.info

1Источники