RU

Akademik Milli Dram Teatrı 153 cü TEATR MÖVSÜMÜNÜ AÇDI

Oxu.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Bu gün Akademik Milli Dram Teatrı 153-cü teatr mövsümünü açıq elan edib.

Oxu.Az xəbər verir ki, mövsümün açılışı teatrın qarşısında - açıq havada təntənəli şəkildə keçirilib.

Mərasimdə rəsmilər, ölkənin bütün teatrlarından qonaqlar və tamaşaçılar iştirak ediblər.

Tədbir ulu öndər Heydər Əliyevin teatr haqqında fikirlərinin səslənməsi ilə başlayıb.

Açılış mərasimində mədəni dəyərlərimizin qorunması, inkişafı və dünyada təbliği sahəsində ümummilli lider Heydər Əliyevin, müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı qeyd olunub.

Sonra Akademik Milli Dram Teatrının aktyorları təntənəli şəkildə səhnəyə dəvət olunublar.

Mədəniyyət Nazirliyinin İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin müdiri İntiqam Babayev, Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti, Dövlət mükafatı laureatı Hacı İsmayılov çıxış edərək yeni teatr mövsümünün açılışı ilə bağlı təbriklərini çatdırıblar.

Tədbir musiqi ilə davam etdirilib. Xalq artisti Azər Zeynalov, "Kaman" rəqs qrupu, Azərbaycan Dövlət Mahnı Teatrının solisti Aynur İsgəndərli, Əməkdar artist Bəyimxanım Vəliyeva musiqi nömrələri ilə çıxış ediblər.

Daha sonra ölkədə fəaliyyət göstərən teatrlar repertuarda olan tamaşalardan parçalar ifa ediblər.

Əzizə İsmayılova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
16
oxu.az

1Источники