RU

“Arsenal” doğma meydanda inamlı qələbə qazandı

“Arsenal” klubu İngiltərə Premyer Liqasının IV turunda “Nottingem Forest” üzərində qələbə qazanıb.

90deqiqe.Az-ın məlumatına görə, “Emirates” stadionunda keçirilən görüş meydan sahiblərinin 3:0 hesablı üstünlüyü ilə yekunlaşıb.

“Topçular”ın heyətində Martin Subimendi dubla imza atıb (32 və 79-cu dəqiqələr). Digər qolu isə Viktor Qyökereş vurub (46). 

Birinci hissədə “Arsenal”ın kapitanı Martin Odeqard zədələndiyi üçün oyunu davam etdirə bilməyib.

Qələbə sayəsində Mikel Artetanın komandası 10 xal toplayaraq turnir cədvəlinin liderliyinə yüksəlib. “Nottingem Forest” isə yeni baş məşqçi Ancelos Postekoqlunun rəhbərliyi altında ilk görüşünü keçirib və 4 xalla 11-ci pillədə qərarlaşıb.

Növbəti turda “Arsenal” sentyabrın 21-də doğma meydanda “Mançester Siti”ni qəbul edəcək. “Nottingem Forest” isə bir gün əvvəl səfərdə “Bernli” ilə qarşılaşacaq.

Избранный
9
90deqiqe.az

1Источники