RU

Yalnız bu sürücülər hava limanına buraxılacaq — AÇIQLAMA

"Dünya ölkələrinin çoxunda havalimanlarının ya özlərinə məxsus taksi servisləri olur, ya da müqavilə əsasında çalışdığı şirkətlərlə əməkdaşlıq edilir. Bəzi ölkələrdə isə həm hava limanının rəsmi taksi xidməti fəaliyyət göstərir, həm də digər taksi şirkətləri müəyyən şərtlər daxilində orada işləyə bilirlər. Bütün bu xidmətlər havalimanının müəyyən etdiyi qaydalar əsasında həyata keçirilir".

Bu sözləri Demokrat.az-a açıqlamasında nəqliyyat eksperti Eldəniz Cəfərov deyib. 

"Bizdə də hava limanı müəyyən səbəblərdən bu məsələyə aydınlıq gətirib və yeni şərtlər müəyyən edib. Taksi xidmətləri həmin şərtlər əsasında formalaşır.Məndə olan məlumata görə, AZAL-ın şərtlərinə cavab verən taksi şirkətləri hava limanına buraxılır. Havalimanına sərnişin götürən sürücülər bir qədər fərqli, daha səliqəli, qayda pozmayan, xarici dilləri bilən olması, avtomobilin saz vəziyyətdə və komfortlu olması şərtdir". 

Əfsanə Kamal
Demokrat.az
Избранный
14
1
demokrat.az

2Источники