RU

Leysan olacaq, külək əsəcək, şimşək çaxacaq - SON DƏQİQƏ XƏBƏRDARLIĞI

Bakıda və Abşeron yarımadasında sentyabrın 14-də arabir yağış yağacağı gözlənilir.

Bu barədə Musavat.com-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Əsasən günün birinci yarısında yarımadanın bəzi yerlərində yağışın leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı ehtimal olunur.

Küləkli hava şəraitinin sentyabrın 14-ü də davam edəcəyi gözlənilir.

Избранный
34
37
musavat.com

10Источники