RU

"Səhvlərimizə görə qol buraxdıq" - Saşa İliç

Misli Premyer Liqasının 4-cü turu çərşivəsində “İmişli”yə məğlub olan “Sumqayıt”ın baş məşqçisi Saşa İliç oyunu dəyərləndirib. 

Fanat.Az xəbər verir ki, serbiyalı mütəxəssis matçla bağlı belə danışıb:

"Meydança çox zəif idi. Bu bizə problem oldu. Belə meydançada oynamaq çox çətindir. Səhvlərimizə görə qol buraxdıq. Texniki qələbə? Rəsmi məlumat yoxdu. Odur ki, bizi qələbə münasibətilə təbrik etməyiniz doğru olmaz. 

Mehdi Cənnətovla bağlı tədbir görüləcək?

Mehdi təcrübəli qapıçıdı. Səhvlər olur. Futbolda hər şey ola bilər. Bəli, növbəti turda “Neftçi” ilə qarşllaşacağıq. “Neftçi” Azərbaycanın böyük komandalarından biridir. Xüsusi prinsipiallıq yoxdur".

Избранный
34
fanat.az

1Источники