RU

Polşa və NATO qırıcıları havaya qalxdı, HHM sistemləri hazır vəziyyətə gətirildi

ain.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

Polşa Silahlı Qüvvələri ölkənin hava məkanında hərbi aviasiya əməliyyatına start verib.

Globalinfo.az xəbər verir ki, bu barədə Silahlı Qüvvələrin Operativ Komandanlığının “X” sosial media hesabında paylaşım edilib.

Əməliyyata səbəb isə, Varşavanın iddiasına görə, Ukraynanın qərb bölgələrindən gələn pilotsuz uçuş aparatları hücumu təhlükəsi göstərilir.

“Ukraynanın Polşa ilə sərhəd bölgələrində PUA hücumu təhlükəsi səbəbindən hava məkanımızda hərbi aviasiya əməliyyatı başlayıb. Polşa və NATO təyyarələri havaya qaldırılıb, həmçinin yerüstü hava hücumundan müdafiə və radiolokasiya kəşfiyyatı sistemləri ən yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib”, – paylaşımda deyilir.

Qeyd edək ki, bundan əvvəl Ukraynanın Volın vilayətində hava həyəcanı elan olunub.

Aysel Əliyeva

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
26
globalinfo.az

1Источники