Misli Premyer Liqasının IV turunda "İmişli" komandası Qubada “Sumqayıt”ı qəbul edib.
Adalet.az xəbər verir ki, görüş İmişli təmsilçisinin 1-0 hesablı qələbəsi ilə başa çatıb.
Lakin böyük ehtimalla “İmişli” komandasına texniki məğlubiyyət veriləcək. Belə ki, "Sumqayıt"la oyunda adı protokolda olmayan futbolçu meydana daxil olub. İbrahim Əliyev görüşün ikinci hissəsində Ezekiel Morqanın yerinə meydana çıxıb.
Günün ikinci oyununda "Turan Tovuz" "Qəbələ" ilə üz-üzə gələcək.