Madridin Vallekas bölgəsində kafelərin birində baş verən partlayışda xəsarət alanların sayı 21 nəfərə çatıb.
APA İspaniya mətbuatına istinadən xəbər verir ki, onlardan üçünün vəziyyəti ağır olaraq qiymətləndirilir.
***
19:13
İspaniyanın paytaxtı Madriddə kafelərin birində partlayış baş verib.
APA “Reuters” ə istinadən xəbər verir ki, hadisə nəticəsində 14 nəfər yaralanıb.
Onlardan birinin vəziyyəti ağırdır.
Faktla bağlı araşdırma aparılır.