RU

Qazaxıstan Rusiyanın Aktauda baş konsulluq açmasına razılıq verdi

Qazaxıstan hökuməti Rusiyanın Aktau şəhərində baş konsulluq açması ilə bağlı saziş layihəsini təsdiqləyib.

Teleqraf xəbər verir ki, bu barədə "KazTAG" agentliyi Qazaxıstan hökumətinin fərmanına istinadən məlumat yayıb.

Sənədə əsasən, Qazaxıstan hökuməti konsulluğun açılması və onun öz funksiyalarını yerinə yetirməsi üçün bütün zəruri dəstəyi və şəraiti təmin edəcək.

Xatırladaq ki, Rusiyanın Aktau şəhərində konsulluq açmaq planı barədə ilk dəfə 2022-ci ilin iyulunda məlumat verilmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
23
2
olaylar.az

6Источники