RU

Polşa hərbi aviasiyasını havaya qaldırdı: Rusiya dronları...  

Bu gün axşam saatlarında Polşa hərbi aviasiyanı səmaya qaldırıb.

Musavat.com RBC-Ukrayna-ya istinadən xəbər verir ki, buna səbəb Rusiya dronlarının Ukraynanın qərbinə hücumudur.

Polşa Silahlı Qüvvələrinin Əməliyyat Komandanlığının X sosial şəbəkəsindəki hesabında hava əməliyyatı haqqında məlumat yerləşdirilib:

"Diqqət, Ukraynanın Polşa Respublikası ilə həmsərhəd bölgələrində pilotsuz uçuş aparatlarının zərbələri təhlükəsi ilə əlaqədar hava məkanımızda hərbi aviasiya əməliyyatlarına başlanılıb".

Komandanlıq qeyd edib ki, təhlükəsizliyin təmin edilməsi üçün bütün prosedurlara başlanılıb. Xüsusilə Polşa və müttəfiqlərin təyyarələri ölkənin hava məkanında fəaliyyət göstərir, yerüstü hava hücumundan müdafiə və radar kəşfiyyat sistemləri yüksək hazırlıq vəziyyətindədir.

"Bu hərəkətlər profilaktik xarakterlidir və hava məkanının təhlükəsizliyini və vətəndaşların, xüsusən də təhlükəli zonaya bitişik ərazilərdə mühafizəsini təmin etmək məqsədi daşıyır".

Polşa Silahlı Qüvvələrinin Əməliyyat Komandanlığı əlavə edib ki, onlar mövcud vəziyyəti izləyirlər, tabeliyində olan qüvvələr və aktivdir dərhal reaksiya verməyə tam hazırdır.

Bu arada Polşanın baş naziri Donald Tusk da təsdiqləyib ki, Polşa yaxınlığındakı Rusiya pilotsuz təyyarələri səbəbindən Polşa və müttəfiq aviasiyasının ölkədə profilaktik əməliyyatlarına başlanılıb:

“Yerüstü hava hücumundan müdafiə qüvvələri yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib”.

Musavat.com

Избранный
31
28
musavat.com

10Источники