RU

Millimizin yekun heyəti müəyyənləşdi

19 yaşadək qadın futbolçulardan ibarət millimiz Moldovanın paytaxtı Kişineuda keçirəcəyi təlim-məşq toplanışı üçün yekun heyəti müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

U-19 Kişineu toplanışı çərçivəsində Moldovanın müvafiq yaş qrupundan ibarət komandası ilə sentyabrın 16-da və 18-də iki yoxlama görüşündə üz-üzə gələcək. Hər iki qarşılaşma CPSM stadionunda təşkil olunacaq və Bakı vaxtı ilə saat 17.00-da başlanacaq.

Yekun heyət: Nərgiz Ağaliyeva, Arzu Cəfərova, Yelizaveta Vaysman, Arzu Ağaliyeva (hamısı “Şəfa”), Firuzə Bayramova (Dirçəliş), Vahidə Əlipaşayeva (“Vera” Gürcüstan), Xanım Əsədova, Məsumə Nəzərli, Ayşən Salamzadə (hamısı “Neftçi), Mədinə Qədiməliyeva (Sumqayıt), Aygün Novruzova, Aysu Əsədova (hamısı “Sabah”), Ülviyyə İslamova (Baku Juniors), Pərişan Abdullayeva, Aysel Cumayeva (hər ikisi “Liman”).

Избранный
25
13
football-plus.az

10Источники