RU

“İmişli”yə texniki məğlubiyyət veriləcək

Misli Premyer Liqasının IV turunda “Sumqayıt” üzərində qələbə qazanan “İmişli”yə texniki məğlubiyyət veriləcək.

90deqiqe.Az xəbər verir ki, buna səbəb komandanın protokolda adı qeyd olunmayan futbolçunu meydana buraxmasıdır. Belə ki, ikinci hissədə Ezekiel Morqanın əvəzinə oyuna daxil olan İbrahim Əliyevin adı iştirak ərizəsində göstərilməyib.

Qarşılaşma meydan üzərində “İmişli”nin 1:0 hesablı qələbəsi ilə başa çatmışdı. Yeganə qol 72-ci dəqiqədə “Sumqayıt”ın qapıçısı Mehdi Cənnətovun avtoqolu ilə qeydə alınıb.

Turun digər oyunlarında “Araz-Naxçıvan” “Kəpəz”i 2:0 hesabı ilə məğlub edib, “Qarabağ” – “Zirə” görüşündə qalib müəyyənləşməyib – 1:1. Bu gün “Turan Tovuz” – “Qəbələ” qarşılaşması keçiriləcək. Tura sentyabrın 14-də yekun vurulacaq.

Избранный
64
90deqiqe.az

1Источники