RU

Bahalı donlar, çantalar və qalmaqallar: Meqanın ShopMy macərası bitdi

Bahalı

The New York Post yazır ki, Sasseks hersoginyası Meqan Markl ShopMy platformasındakı şəxsi səhifəsini bağlayıb. Bu səhifədə o, sevdiyi geyim və aksesuarları paylaşır, satışdan isə 10–20 faiz komissiya qazanırdı.Meqan mart ayında öz şəxsi hesabını yaratmışdı. Orada pərəstişkarları onun seçdiyi məhsulları alır, hər satışdan isə hersoginya gəlir əldə edirdi. Amma gözləntilər özünü doğrultmayıb: hesab silinib və indi səhifədə sadəcə “Bu istifadəçi hələ heç bir kolleksiya əlavə etməyib” yazısı görünür.Onun onlayn “qarderobu”nda əsasən brend və bahalı əşyalar vardı:Loro Piana kaşmir donu – 1415 dollar,Heidi Merrick sarafanı – 1350 dollar,Brochu Walker şalvarı – 388 dollar,Maya Brenner sitrin qaşlı boyunbağı – 500 dollar.Bundan başqa, profilində kətan köynəklər, sviterlər, gün eynəkləri və çantalar da yer alırdı – hamısı onun məşhur “sakit dəbdəbə” (quiet luxury) üslubunda.Platformada həmçinin yazılmışdı ki, bunlar “hersoginyanın sevdiyi, diqqətlə seçilmiş məhsullardır”.Lakin ShopMy hesabı Meqan üçün qalmaqalsız ötüşmədi. Əvvəlcə o, səhifədə özünü “Sasseks hersoginyası” kimi təqdim etdiyi üçün tənqid edildi. Xatırladaq ki, “Megzit”dən sonra Meqan və Harri titullarını saxlasalar da, vəzifələrdən imtina etdikləri üçün kommersiya məqsədlərində titullardan istifadə etməyə hüquqları yoxdur. Buna görə də bir çox kral ailəsi pərəstişkarı onu “monarxiyanı pula çevirməkdə” ittiham etmişdi.Daha sonra isə Meqanla bağlı Cesta Collective brendinə dair qalmaqal yayıldı. Onun məhsullarından biri də ShopMy hesabında təqdim olunmuşdu. Sonradan araşdırmalarda məlum oldu ki, şirkət “ədalətli əmək şəraiti” iddiasına baxmayaraq, işçilərini istismar edir, onlara çox az maaş verir və mütəmadi cərimələyirdi.Ulusum.az

Diqqət Çəkənlər

Sevimli kartof "fri"gizli xəstəlik yarada bilər ?

Rusiyada dəhşət: 2 yaşlı oğlunu itirən ana intihar etdi

Universitet müəllimi dünyasını dəyişdi

Избранный
9
ulusum.az

1Источники