Misli Premyer Liqasında 4-cü turun oyunları keçirilir.
Bizim.Media xəbər verir ki, ikinci oyun günündə əvvəlcə “İmişli” Qubada “Sumqayıt”la qarşılaşıb.
Bu oyunun taleyini bir qol həll edib. “İmişli” rəqibinə cari mövsümdə ilk məğlubiyyətini yaşadıb.
Günün digər oyunu “Turan Tovuz”la “Qəbələ” arasında keçiriləcək. Daha öncə keçirilmiş “Qarabağ” – “Zirə” matçında qalib müəyyənləşməyib – 1:1. “Kəpəz” isə “Araz-Naxçıvan”a 0:2 hesabıyla uduzub. “Şamaxı” – “Karvan” və “Neftçi” – “Sabah” oyunları sabah keçiriləcək.
Misli Premyer Liqası
4-cü tur
13 sentyabr
“İmişli” – “Sumqayıt” 1:0
Qol: Mehdi Cənnətov, 72-öz qapısına.
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Eyyub İbrahimov, Kamranbəy Rəhimov.
Quba Olimpiya İdman Kompleksinin stadionu, 16:30.
İmişli: 33. Andrey Sinenka, 19. Azər Salahlı (k), 11. Vüsal Qənbərov, 94. Rafael Vyeqas, 10. Nikola Karaklaiç, 29. Edvin Banqera, 14. Ronaldo de Souza, 6. Yav Mozes, 9. Dioqo Almeyda, 23. Dioqo Rollo, 17. Ezekiel Morqan.
Ehtiyat oyunçular: 1. Hüseynəli Quliyev, 99. İmam Əli, 77. Elmir Rəhimzadə, 21. Abbas Ağazadə, 97. Xəzər Mahmudov, 5. İdris İnqilablı, 44. Həzrət İsayev, 27. Lətif Rzayev, 3. Tuncay Yusifli, 30. Xəlil Mürsəlli, 7. Luis Silvestr.
Baş məşqçi: Xorxe Kaskilya.
Sumqayıt: 1. Mehdi Cənnətov, 7. Rüstəm Əhmədzadə, 8. Səbuhi Abdullazadə (k), 75. Nadir Orucov, 19. Roi Kehat, 9. Aleksandr Ramalinqom, 14. Pedro Pinto, 72. Rayan Senhadji, 23. Ronaldo Vaskes, 80. Keffel Resende, 11. Aleksa Yankoviç.
Ehtiyat oyunçular: 22. Xəyal Fərzullayev, 56. Aftandil Arixov, 3. Höccət Haqverdi, 6. Rauf Rüstəmli, 21. Nihad Əhmədzadə, 47. Hüseyn Xıdırov, 66. Ruslan Əliyev, 97. Vüsal Paşayev, 10. Nikola Ninkoviç, 71. Masaki Murata, 25. Abdul Raşid.
Baş məşqçi: Saşa İliç.
Rəşad Rafiqoğlu, Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта