RU

Məhkəmə sabiq prezidentlə bağlı QƏRAR VERDİ - Ailəsi zorla evindən ÇIXARILDI

Qırğızıstanın sabiq prezidenti Almazbek Atambayevin ailəsi Koy-Taş kəndində məhkəmə qərarı ilə dövlətə qaytarılan evindən zorla çıxarılmağa başlanılıb.

Musavat.com xəbər verir ki, bu barədə eks-prezidentin qızı Aliyə Şaqiyeva məlumat verib.

Onun sözlərinə görə, polis geyimində olan onlarla şəxs sənədləri göstərmədən evin qapılarını sındıraraq əmlaklarını çıxarmağa başlayıblar.

Dövlət Əmlakının İdarə Edilməsi Agentliyindən bildirilib ki, ərazi artıq dövlət mülkiyyətinə keçib və həmin ərazidə uşaq bağçası və qocalar evi tikilməsi nəzərdə tutulur.

Xatırladaq ki, iyun ayında Bişkekin Pervomayski Rayon Məhkəməsi Atambayevi əmlakı müsadirə olunmaqla 11,5 il müddətinə azadlıqdan məhrum edib.

Hazırda eks-prezident müalicəsini davam etdirir.

Musavat.com

Избранный
17
1
musavat.com

10Источники