15 yaşlı qız 35 yaşlı şəxslə evləndirilib.
Xezerxeber.az xəbər verir ki, hadisə Qubanın I Nügədi kəndində baş verib. İddialara görə, yeniyetmə qızı 35 yaşlı şəxsə ərə vermək üçün Quba şəhərindəki şadlıq saraylarından birində toy mərasimi də təşkil olunub.
Lakin oğlan tərəfi deyilənləri təkzib edir. Bəyin atası Mais Orucov bildirir ki, səhhətində ciddi problemlər olduğundan oğluna toy edib. Onun iddialarına görə, mərasimdə gəlin iştirak etməyib.
Qız tərəf isə bütün deyilənləri yalan adlandırır. Onların iddialarına görə, tərəflər arasında nə elçilik, nə nişan, nə də toy mərasimi baş tutub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan "Xəzər Xəbər"ə bildirilib ki, məsələ ilə bağlı cianyət işi başlanıb.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.