Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) Pakistanda baş verən terror hücumunu pisləyib.
"Report" xəbər verir ki, XİN bu barədə bəyanat yayıb.
"Pakistanın Xeybər-Pahtunva əyalətində bu gün baş verən terror hücumunda həyatını itirənlərin olmasından böyük kədər hissi keçiririk. Bu alçaq terror hücumunu ən sərt şəkildə qınayır, həyatını itirənlərə Allahdan rəhmət diləyirik", - bəyanatda vurğulanıb.
Xatırladaq ki, sentyabrın 13-də Pakistanın şimal-qərbində "Təhriki Talibani Pakistan" (Pakistan Talibanı Hərəkatı) qruplaşmasının silahlılarının qurduğu pusquda azı 12 pakistanlı təhlükəsizlik əməkdaşı həlak olub.
"Cebheinfo.az"