Fransanın futbol üzrə milli komandasının heyətində dünya və Avropa çempionu olmuş, Madrid “Real” klubunun sabiq baş məşqçisi Zinəddin Zidan Fransa yığması ilə müqavilə imzalamağa yaxındır.
Bu barədə xarici KİV -lər xəbər verir.
Mənbənin məlumatına görə, Zidan 2026-cı il dünya çempionatının başa çatmasından sonra Didye Deşamın yerini tutacaq.
2016–2018-ci illərdə, həmçinin 2019–2021-ci illərdə keçmiş futbol ulduzu Madrid “Real”ına rəhbərlik edib. Onun rəhbərliyi altında kral klubu üç dəfə Çempionlar Liqasını qazanıb, İspaniya çempionu olub və iki dəfə milli Superkuboku əldə edib.