ain.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası sədrinin müavini, Türk Dövlətləri ilə Əlaqələr Baş İdarəsinin rəhbəri Kürşad Zorlunun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşdə Azərbaycan-Türkiyə əlaqələrinin möhkəmlənməsi istiqamətində Ulu Öndər Heydər Əliyevin Naxçıvan dövrü siyasi fəaliyyətinin önəmi vurğulanıb, bu gün Azərbaycan və Türkiyə Respublikası Prezidentlərinin birgə səyləri ilə ölkələrimiz arasındakı münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi diqqətə çatdırılıb, Zəngəzur dəhlizinin açılması perspektivində Naxçıvanın bu əlaqələrdəki əhəmiyyəti qeyd olunub.
XQ
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.