RU

“İmişli”yə TEXNİKİ MƏĞLUBİYYƏT veriləcək

Misli Premyer Liqasının 4-cü turunda "Sumqayıt"a qalib gələn(1:0) "İmişli" üç xalı bayram edə bilməyəcək.

Bizim.Media xəbər verir ki, bölgə klubuna böyük ehtimalla texniki məğlubiyyət veriləcək.

Səbəbi də bəllidir. Belə ki, "İmişli"nin 68-ci dəqiqədə Ezekiel Morqanın meydana buraxdığı İbrahim Əliyevin adı görüşün protokolunda yer almayıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

Избранный
21
1
bizim.media

10Источники