1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Rusiyanın Oryol vilayətində dəmiryol relslərinə baxış zamanı partlayıcı qurğunun işə düşməsi nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb.
Oxu.Az xəbər verir ki, hadisə barədə vilayətin qubernatoru Andrey Klıçkov özünün "Telegram" kanalında məlumat verib.
Onun sözlərinə görə, partlayıcı qurğular relslərə baxış zamanı aşkar edilib.
Hazırda hüquq-mühafizə orqanları partlayıcını quraşdıran şəxs və ya şəxsləri axtarışlarını davam etdirir.