RU

Rusiya PUA-sı 50 dəqiqə Rumıniya səmasında olub - Zelenski

Rusiya PUA-sı Rumıniya ərazisinə təqribən 10 kilometr məsafəyə nüfuz edib və təxminən 50 dəqiqə NATO ölkəsinin hava məkanında qalıb.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

Prezident qeyd edib ki, bu gün Polşa da Rusiyanın pilotsuz təyyarələrinin hücum təhlükəsinə qarşı hərbi cavabdan istifadə edib:

"Rusiya hərbçiləri pilotsuz təyyarələrinin hara yönəldiyini və havada nə qədər qala biləcəyini dəqiq başa düşür. Marşrutlar həmişə hesablanır. Bu, qəza, səhv, bəzi aşağı səviyyəli komandirlərin təşəbbüsü ola bilməz. Bu, Rusiya tərəfindən müharibənin açıq-aşkar uzadılmasıdır və onlar məhz bunu edirlər. Əvvəlcə kiçik addımlar, sonda böyük itkilər...".

Qeyd edək ki, daha öncə Rumıniya PUA təhlükəsinə cavab olaraq F-16 qırıcılarını havaya qaldırıb.

Избранный
14
axar.az

1Источники