“Oyun gözlədiyimiz kimi keçdi”.

Offsideplus.az xəbər verir ki, bunu "Turan Tovuz"un baş məşqçisi Kurban Berdıyev Misli Premyer Liqasının 4-cü turunda "Qəbələ"yə qarşı keçirdikləri oyundan sonra mətbuat konfransında deyib:

Təcrübəli mütəxəssis 1:0 hesabı ilə qalib gəldikləri matçla bağlı fikirlərini bölüşüb: "Qəbələ" çox yaxşı komandadır. Sürətli hücumçuları var. İkinci hissədə nisbətən daha yaxşı oynadıq".

Berdıyev başa çatan yay transfer pəncərəsi haqqında da danışıb:

“Prinsipcə, kimləri dəvət etmişiksə, onlardan razıyıq. Ancaq heyətimizə mərkəz müdafiəçisi də qatmaq istəyirdik. Təəssüf ki, alınmadı. İndi demək olar ki, bərabərsəviyyəli əvəzetmələrimiz var”.