RU

“İmişli” qalib gəlsə də...

Dünən Misli Premyer Liqasında IV turun iki oyunu keçirilib. Quba Olimpiya İdman Kompleksinin stadionunda “İmişli” və “Sumqayıt” komandaları qarşılaşıb. Oyun meydan sahiblərinin qələbəsi ilə başa çatıb – 1:0. Görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Buna baxmayaraq, adı protokolda olmayan İbrahim Əliyevi meydana buraxdığına görə “İmişli”yə texniki məğlubiyyət veriləcək.

Günün ikinci qarşılaşmasında “Azərsun Arena”da “Turan Tovuz” “Qəbələ”ni qəbul edib. Oyun 1:0 hesabı ilə başa çatıb.

Xatırladaq ki, turun ilk oyun günündə “Araz-Naxçıvan” “Kəpəz”i 2:0 hesabı ilə məğlub edib, “Qarabağ” – “Zirə” (1:1) görüşündə isə komandalar hərəyə 1 qol vurublar.

Qabil YUSİFOĞLU
XQ

Избранный
37
1
xalqqazeti.az

2Источники