Albaniya çempionatında 3-cü turun oyunları keçirilir.
QOL.az xəbər verir ki, milli komandamızın müdafiəçisi Zamiq Əliyevin formasını geydiyi “Eqnatiya” səfərdə “Bylis”in qonağı olub.
Matça ehtiyat oyunçular skamyasından başlayan Zamiq 87-ci dəqiqədə Kastriot Selmaninin əvəzinə meydana çıxıb. Həmyerlimiz 90+6-cı dəqiqədə sarı vərəqə ilə cəzalanıb.
Görüş “Eqnatiya”nın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Mövsümdə ilk qələbəsini qazanan Zamiqin komandası hazırda 4 xalla üçüncü pillədə qərarlaşıb.