RU

Ukrayna 2026-cı ildə Rusiyaya qarşı mübarizə üçün lazım olan məbləği açıqladı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Döyüş əməliyyatlarının davam etməsi halında Ukraynanın 2026-cı ildə ən azı 120 milyard dollara ehtiyacı olacaq".
Oxu.Az "Reuters" agentliyinə istinadən xəbər verir ki, bunu Ukraynanın müdafiə naziri Denis Şmıqal deyib.
O, həmçinin qeyd edib ki, döyüş əməliyyatları dayandırılsa belə, ordunu mümkün yeni təcavüzə qarşı hazır vəziyyətdə saxlamaq üçün bu məbləğdən az olmayan bir məbləğ tələb olunacaq.
Bundan əlavə, Şmıqal Rusiyanın Moskva vilayətində uçuşlar üçün maneələr yaratmaq istiqamətində əməliyyatların davam etdirilməsinin zəruriliyini bildirib. Onun sözlərinə görə, bu, Moskva elitaları üçün çətinliklər yaradır və onlar birbaşa Putina münaqişəni dayandırmaq üçün müraciət edirlər.
Избранный
26
oxu.az

1Источники