London, 14 sentyabr, AZƏRTAC
Londondakı “Westfield Stratford City” ticarət mərkəzində yanğın olub, bina təxliyə edilib.
AZƏRTAC “Independent”ə istinadla xəbər verir ki, yanğın ticarət mərkəzinə məxsus çoxmərtəbəli avtodayanacağın yuxarı mərtəbəsində bir neçə avtomobilin alovlanması nəticəsində baş verib. Hadisə yerinə 10 yanğınsöndürən maşın və 70-ə yaxın yanğınsöndürən, həmçinin 32 metrlik xüsusi nərdivan cəlb olunub.
Yanğın nəticəsində ərazidə güclü tüstü müşahidə edildiyi üçün sakinlərə və şəhər sakinlərinə həmin ərazidən uzaqlaşmaq tövsiyə olunub.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London