RU

Fransanın yeni baş naziri iki bayramı ləğv etməkdən imtina etdi

BAKI, 14 sentyabr. TELEQRAF

Fransanın yeni Baş naziri Sebastien Lecornu hökumətin iki rəsmi bayramı - Pasxa Bazar ertəsi və Qələbə Gününü ləğv etməyəcəyini söyləyib.

Teleqraf xəbər verir ki, bu barədə BFMTV məlumat yaylb.

"İstəyirəm ki, işləyənlərə aman verək. Buna görə də iki bayramı ləğv etməmək qərarına gəldim. Həmvətənlərimizin dediklərini eşidirəm", - Lecornu deyib.

Baş nazirin əlavə edib ki, iki dövlət bayramının saxlanması dövlət borcunu azaltmaq üçün "başqa maliyyə mənbələrinin tapılmasını tələb edəcək". Onun sözlərinə görə, bunun üçün hökuməti formalaşdırmalı, büdcə layihəsini hazırlamalı və müxtəlif siyasi qüvvələrlə müzakirələr aparmalıdır.

Избранный
27
teleqraf.com

1Источники