RU

Almaniya rusiyalılara milli və Şengen vizalarının verilməsi üçün tələbləri sərtləşdirib

Almaniya rusiyalılara milli və Şengen vizalarının verilməsi üçün tələbləri sərtləşdirib.

“İki sahil” xəbər verir ki, bu barədə Almaniyanın Moskvadakı səfirliyinin mətbuat xidmətindən "RTVI" telekanalına bildiriblər.

Diplomatik nümayəndəlik qeyd edib ki, Rusiya-Ukrayna müharibəsi nəticəsində "Aİ üçün təhlükəsizlik riskləri artıb".

"Bu səbəbdən federal hökumət Rusiya vətəndaşlarına viza verilməsi tələblərini sərtləşdirib. Bu həm milli, həm də Avropa İttifaqının direktivlərinə uyğun olaraq Şengen vizalarına aiddir. Səyahət üçün ciddi səbəbi olmayan rusiyalı müraciətçilər ərizələrin daha uzun və diqqətlə araşdırılmasına hazır olmalıdırlar", – səfirlikdən bildirilib.

Избранный
55
2
ikisahil.az

3Источники