RU

Marko Rubio İsrailə gedir

BAKI, 14 sentyabr. TELEQRAF

ABŞ Dövlət katibi Marko Rubio rəsmi səfərlə İsrailə gedir.

Teleqraf xəbərinə görə, o, yola düşməzdən əvvəl jurnalistlərə bildirib ki, Ağ Ev İsrailin Dohaya endirdiyi zərbələrdən narazıdır.

Rubio əlavə edib ki, Qətərə zərbə endirsə belə, ABŞ-İsrail münasibətləri dəyişməyəcək: "Nə oldu, oldu. Biz onlarla görüşəcəyik. Gələcəkdə nə olacağını danışacağıq".

ABŞ Dövlət katibi həmçinin xatırladıb ki, 48 israilli girov Fələstinin Həmas hərəkatının əsirliyində qalır və onlar dərhal azad edilməlidir. O həmçinin bildirib ki, Qəzza zolağında müharibə başa çatdıqdan sonra anklavın bərpası üçün gərgin iş aparılacaq.

Избранный
35
teleqraf.com

1Источники