RU

Rumıniya BMT Baş Assambleyasında Rusiya ilə bağlı məsələ qaldıracaq

BAKI, 14 sentyabr. TELEQRAF

Rumıniyanın xarici işlər naziri Oana Tsoyu ölkə ərazisinə pilotsuz uçuş aparatının müdaxiləsi ilə bağlı Rusiyanın təxribatlarını pisləyib və BMT Baş Assambleyasını Rusiyaya qarşı sanksiyaları ciddi şəkildə tətbiq etməyə çağıracağına söz verib.

Teleqraf xəbər verir ki, bu barədə XİN rəhbəri sosial şəbəkədə yazıb.

Rumıniya Hərbi Hava Qüvvələri Dunay yaxınlığında ölkənin hava məkanını pozan Rusiyaya məxsus pilotsuz uçan aparatlarının qarşısını alıb.

"86-cı Hava Bazasından iki F-16, 50 dəqiqə sonra heç bir zərər və ya itki vermədən hava məkanımızı tərk edənə qədər PUA-nı izlədi. Alman müttəfiqlərinin iki qırıcı təyyarəsi də havada hazır vəziyyətdə idi", - Tsoyu bildirib.

Nazir vurğulayıb ki, Rumıniya əhalisi təhlükə altında deyildi, lakin Rusiyanın bu cür hərəkətləri qəbuledilməzdir.

"Mən həmçinin BMT Baş Assambleyasında Rusiyanın hərəkətləri ilə bağlı məsələ qaldıracağam və beynəlxalq səviyyədə sanksiyalara ciddi əməl etməyə çağıracağam", - Tsoyu əmin edib.

Избранный
13
teleqraf.com

1Источники