RU

İlon Mask Konor Makqreqora pul təklif edib

Yarımyüngül və yüngül çəkidə keçmiş UFC çempionu, irlandiyalı qarışıq döyüş ustası Konor Makqreqor 54 yaşlı amerikalı sahibkar, mühəndis və milyarder İlon Maskın İrlandiyada keçiriləcək prezident seçkiləri üçün ona pul vermək istədiyi deyib.

İdman.biz bildirir ki, daha əvvəl Konor Makqreqor İrlandiya prezidenti olmaq üçün öz iddialarını ortaya qoyub.

"İlon əsl superqəhrəmandır. O, mənə çox vaxt ayırdı və dəstək sözü verdi. Bilirsiniz, o, hətta maliyyə yardımı təklif etdi, amma mən dedim ki, buna ehtiyac yoxdur. Mən pul üçün burada deyiləm. Amma o, bəşəriyyətin qazancıdır. Mən bunu həqiqətən yüksək qiymətləndirirəm", - Konor bildirib

İrlandiya prezident seçkiləri 2025-ci il oktyabrın 24-də keçiriləcək.

İdman.biz

Избранный
46
3
idman.biz

10Источники