RU

Ukrayna Rusiyanın ən böyük neft zavodunu VURDU

Ukrayna Silahlı Qüvvələri Rusiyanın Leninqrad vilayətində yerləşən Kirişi Neft Emalı Zavoduna hücum edib.

Musavat.com xəbər verir ki, bu barədə vilayətin qubernatoru Aleksandr Drozdenko bildirib.

Onun sözlərinə görə, Kirişi şəhəri yaxınlığında üç pilotsuz uçuş aparatı vurulub.

Lakin onların qalıqları müəssisənin ərazisinə düşərək yanğına səbəb olub.

Məlumata görə, yanğın qısa müddətdə söndürülüb. Hadisə nəticəsində tələfat və ya xəsarət alan olmayıb.

Qeyd edək ki, Kirişi Neft Emalı Zavodu Rusiyanın ən iri müəssisələrindən biridir və ildə təxminən 20 milyon ton neft emal etmək gücünə malikdir.

Musavat.com

Избранный
39
2
musavat.com

3Источники