BAKI, 14 sentyabr. TELEQRAF
Bu gün Azərbaycan Premyer Liqasında IV tura yekun vurulacaq.
Teleqraf xəbər verir ki, son oyun günündə iki qarşılaşma təşkil olunacaq.
Günün ilk matçında “Şamaxı” doğma meydanda “Karvan-Yevlax”la üz-üzə gələcək.
Baş hakim Fərid Hacıyevin idarə edəcəyi görüş saat 16:30-da start götürəcək.
Digər oyun isə “Neftçi” və “Sabah” arasında keçiriləcək.
İnqilab Məmmədova həvalə olunan qarşılaşma saat 19:00-da başlanacaq.
Qeyd edək ki, turun digər oyunlarında “Turan Tovuz” evdə “Qəbələ”yə, “İmişli” isə “Sumqayıt”a minimal hesabla qalib gəlib. “Qarabağ” doğma meydanında “Zirə” ilə 1:1 hesablı heç-heçə edib, “Araz-Naxçıvan” isə “Kəpəz”ə 0:2 hesabı ilə uduzub.