15 sentyabr Yaponiyada yaşlılara hörmət günü kimi qeyd olunur.
Manset.az xəbər verir ki, bayramdan əvvəl Səhiyyə Nazirliyi ölkədə 100-dən çox yaşı olan şəxslərin sayının rekord 99 763 nəfərə çatdığını elan edib.
Statistika əhalinin qeydiyyat sistemi məlumatları əsasında hazırlanıb. Məlumata görə, Yaponiyada 100-dən çox yaşı olan insanların sayı ötən ilin eyni dövrü ilə müqayisədə 4 644 nəfər artaraq yeni rekord təşkil edib. Onlar arasında 87 784 qadın var ki, bu da ümumi sayın təxminən 88%-ni təşkil edir.
Hazırda ölkənin ən yaşlı sakini 114 yaşlı Siqeko Kaqavadır.